Azərbaycan boksçusu beynəlxalq turnirə qələbə ilə başladı

18:04 - 21 Fevral 2023

Azərbaycan boksçusu beynəlxalq turnirə qələbə ilə başladı

Azərbaycan boksçusu Malik Həsənov Bolqarıstanın paytaxtı Sofiyada keçirilən “Strandja” beynəlxalq turnirinə qələbə ilə başlayıb.

 

Manset.az xəbər verir ki, 63,5 kq çəki dərəcəsində mübarizə aparan yığma üzvü 1/16 final mərhələsi çərçivəsində Şpetim Bayokunu (Kosovo) məğlub edib.

Həsənov rəqibinə 5:0 (30:26, 30:26, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gəlib.

Boksçumuz 1/8 finalda hindistanlı Şiva Tapa ilə döyüşəcək. Görüş fevralın 22-də baş tutacaq.

Qeyd edək ki, 40-a qədər ölkədən 398 boksçunun (256 kişi, 142 qadın) qatıldığı yarışa fevralın 26-da yekun vurulacaq.


Xəbər xətti

19 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin