“Real Madrid”in əfsanəvi futbolçusu dünyasını dəyişdi

17:54 - 21 Fevral 2023

“Real Madrid”in əfsanəvi futbolçusu dünyasını dəyişdi

İspaniyanın “Real Madrid” klubunun əfsanəvi futbolçusu və fəxri prezidenti Amansio Amaro dünyasını dəyişib.

 

Manset.az xəbər verir ki, bu barədə “Real Madrid” klubundan məlumat verilib.

Klub Amansio Amaronun 83 yaşında vəfat etdiyini açıqlayıb.

Dünya futbolunun ən böyük əfsanələrindən olan Amaro 1962-ci ildə “Deportivo de La Coruna”dan “Real Madrid”ə transfer olunub. 1976-cı ilə qədər 14 mövsüm bu klubda çıxış edib.

Amansio “Real Madrid”lə 9 dəfə La Liqa çempionluğunu, 3 dəfə Kral Kubokunu və 1966-cı ildə Avropa Kubokunu qazanıb.

O, 471 dəfə formasını geyindiyi “Real Madrid”də 155 qol vurub və 2 dəfə liqanın bombardiri olub.


Xəbər xətti

19 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin