İran ABŞ-da yerləşən rejim əleyhinə təşkilatın lideri olduğu iddia edilən və ölkədə "terror aktlarının təşkilində" günahlandırılan Cəmşid Şarmahdı edam cəzasına məhkum edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, ABŞ-da yerləşən “Tonder” və “İran Krallığı Məclisi” kimi tanınan rejim əleyhinə qruplaşmanın lideri olduğu iddia edilən Şarməhd edam cəzasına məhkum edilib. Tehran İnqilab Məhkəməsi tərəfindən “terror aktlarını planlaşdırmaq və yönləndirmək yolu ilə dünyada fitnə-fəsad törətmək” ittihamı ilə hökm oxunub.
Manşet.az