Bu verilişi davam etdirmək istəmirdik...

15:01 - 28 Avqust 2021

Bu verilişi davam etdirmək istəmirdik...

"Qalmaqaldan qaçıram, bütün verilişlərdə qalmaqal olur. Hətta olmayanda belə, dediyin sözü başqa cür verirlər. Onun dərdindən fikirləşirsən ki, aralı gəzəsən".

Manşet.az xəbər verir ki, bu sözləri müğənni Xatirə İslam "Zaurla Günaydın" verilişində deyib. Sənətçinin sözlərinə aparıcı Zaur Baxşəliyevdə dəstək olub.

Aparıcı bildirib ki, proqramında qalmaqala icazə vermir:

"Qonaq evimə gəlir. Necə qalmaqal edim? Elə müğənni gəlir ki, hiss edirəm içində deyəcək sözlər var. Bu dəqiqə partlayacaq, başqasına nəlrəsə deyəcək. İmkan vermirəm desin. İstəmirəm yayımlansın. Bu verilişə onsuz baxırlar. Adi bir şəkil paylaşırıq, nə qədər şərh gəlir. Niyə qalmaqalın üstünə gedək, oda neft tökək?".

Günay Baxşəliyeva isə "İlk yayımlanan gündən bütün verilişlər arasında ən yüksək reytinq yığır. Övlad olandan sonra ona çox vaxt ayırmaq istədim. Verilişi davam etdirmək istəmirdim. Dedim o biri mövsümdə başlayarıq. Amma məsləhət görüldü ki, getsin" sözlərini əlavə edib.

 

Xəbər xətti

22 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin