Rusiya ABŞ-ın Moskvadakı səfirini Xarici İşlər Nazirliyinə çağırıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Rusiya Xarici İşlər Nazirliyi ABŞ-ı Ukrayna münaqişəsində iştirakını artırmaqda ittiham edib.
Nazirlik bildirib ki, ABŞ “Şimal axını” boru kəmərində baş verən partlayışlarla bağlı izahat verməlidir.
Bundan əlavə, ABŞ-ın sözügedən partlayışlarla bağlı istintaqa müdaxilə etməməsi lazım olduğu vurğulanıb.
Manşet.az