NATO-nun baş katibi Yens Stoltenberq Ukraynanın xarici işlər naziri Dmitro Kuleba və Aİ-nin ali nümayəndəsi Xosep Borrellə keçirdiyi mətbuat konfransında Putinin çıxışınl dəyərləndirib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Stoltenberq, “Putin bu gün açıq şəkildə bildirdi ki, o, daha çox müharibələrə hazırlaşır. Biz Ukraynanı müharibədə qalib gəlmək üçün lazım olan hər şeylə təmin etməliyik” – ifadələrdən istifadə edib.
Rusiyanın təcavüzkar olduğunu və heç kimin Rusiyaya hücum etmədiyini vurğulayan Stoltenberq Çinin “Rusiya müharibəsinə” dəstək verməyi planlaşdırdığını bildirib.
Manşet.az