Putin daha çox müharibələrə hazırlaşdığını açıq şəkildə bildirdi - Stoltenberq

16:38 - 21 Fevral 2023

Putin daha çox müharibələrə hazırlaşdığını açıq şəkildə bildirdi - Stoltenberq

NATO-nun baş katibi Yens Stoltenberq Ukraynanın xarici işlər naziri Dmitro Kuleba və Aİ-nin ali nümayəndəsi Xosep Borrellə keçirdiyi mətbuat konfransında Putinin çıxışınl dəyərləndirib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Stoltenberq, “Putin bu gün açıq şəkildə bildirdi ki, o, daha çox müharibələrə hazırlaşır. Biz Ukraynanı müharibədə qalib gəlmək üçün lazım olan hər şeylə təmin etməliyik” – ifadələrdən istifadə edib.

Rusiyanın təcavüzkar olduğunu və heç kimin Rusiyaya hücum etmədiyini vurğulayan Stoltenberq Çinin “Rusiya müharibəsinə” dəstək verməyi planlaşdırdığını bildirib.

Manşet.az


Xəbər xətti

25 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin