Kosmosda çətin vəziyyətdə qalan kosmonavtları xilas etmək missiyası təxirə salındı - Rusiya açıqladı

16:32 - 21 Fevral 2023

Kosmosda çətin vəziyyətdə qalan kosmonavtları xilas etmək missiyası təxirə salındı - Rusiya açıqladı

Rusiyanın kosmik stansiyasında üç kosmonavt təzyiq səbəbindən əlacsız vəziyyətdə qalıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, son aylarda stansiyada “Soyuz MS-22” kapsulunda sızma səbəbindən kosmonavtlar təhlükə altında idi. Rusiyanın Kosmik Agentliyi Roskosmos bildirib ki, Soyuz kapsullarında soyuducu maye sızması başlanandan sonra üç ekipaj üzvünü vaxtından əvvəl Yerə qaytarmaq üçün Beynəlxalq Kosmik Stansiyaya (BKS) boş kosmik gəmi göndərməyi nəzərdən keçirir.

Lakin Rusiya xilasetmə missiyasının sentyabr ayına təxirə salındığını açıqlayıb. Roskosmos Rusiya kosmonavtları Sergey Prokopyev və Dmitri Petelini və ABŞ astronavtı Fransisko Rubionu Yerə qaytarmaq üçün sentyabrda “Soyuz MS-23” gəmisini buraxacaq.

Soyuz MS-23 adətən üç ekipajı kosmik stansiyaya aparacaqdı, lakin indi xilasetmə missiyası üçün Yerdən boş uçacaq.

Manşet.az


Xəbər xətti

20 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin