Bakıda fəhlə işlədiyi binanın 8-ci mərtəbəsindən yıxılaraq öldü

15:38 - 21 Fevral 2023

Bakıda fəhlə işlədiyi binanın 8-ci mərtəbəsindən yıxılaraq öldü

Fevralın 20-si saat 12 radələrində 1973-cü il təvəllüdlü Oktay Ələkbərovun Binəqədi rayonu ərazisində hündürlükdən yıxılaraq ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Binəqədi rayon prokurorluğundan Manset.az-a verilən məlumata görə, araşdırma zamanı Oktay Ələkbərovun fəhlə kimi işlədiyi, inşa edilməkdə olan çoxmərtəbəli binanın 8-ci mərtəbəsindən yıxılması və aldığı xəsarətdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İbtidai istintaq davam etdirilir.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin