Ağsuda 12 yaşayış məntəqəsini birləşdirən yol yenidən qurulur - VİDEO/FOTO

15:00 - 21 Fevral 2023

Ağsuda 12 yaşayış məntəqəsini birləşdirən yol yenidən qurulur - VİDEO/FOTO

Vətəndaşların rahat gediş-gəlişini təmin etmək, kənd təsərrüfatının inkişafını sürətləndirmək məqsədilə respublikanın yol infrastrukturunun yenidən qurulması istiqamətində aparılan işlər davam etdirilir. 

 

Manset.az xəbər verir ki, bu çərçivədə Ağsu rayonunun Ağsu–Kürdəmir–Bəhrəmtəpə avtomobil yolunun 19-cu km-dən ayrılan ayrılan Ərəbmehdibəy–Dədəli–Qasımbəyli–Xəlilli–Mustafalı–Göydəlləkli–Təklə–Dəlilər–Qaraqoyunlu–Kəndoba marşrutu üzrə avtomobil yollarının tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 10 min nəfər əhalinin yaşadığı 12 yaşayış məntəqəsini birləşdirən yol infrastrukturu layihəsinin icrasına start verilib. 

Uzunluğu 26.4 kilometr olan torpaq əsaslı avtomobil yolu təbii faktorların təsirindən yararsız vəziyyətdə idi. Bu səbəbdən əsaslı şəkildə yenidən qurulmasına və bərpasına ehtiyac yaranan yol 4-cü texniki dərəcəyə uyğun olaraq təkmilləşdirilir. Yolun eni 10 metrə qədər genişləndirilir, bura 6 metr hərəkət hissə və 2 metr çiyinlər daxildir. 

Hazırda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən "İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən yolboyu texnoloji ardıcıllığa uyğun şəkildə torpaq işləri, qazma, əks-dolğu, yol yatağının tikintisi yerinə yetirilir.

Artıq yolun 8 km-lik hissəsində asfalt örtüyünün vurulması işləri yekunlaşıb, yolun 18.4 km hissəsində isə torpaq işləri və yol əsasının inşası davam edir. 

Görülən işlərə paralel olaraq, yolboyu suların ötürülməsi məqsədilə mövcud dəmir-beton boruların bərpası, zəruri olan yerlərdə isə müxtəlif diametrli yeni suötürücü boruların tikintisi işləri də icra olunur.

Layihənin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün yol nişanlarının, siqnal dirəklərinin və km göstəricilərinin, dayanacaqların quraşdırılması, yolcizgi və yolgöstərici xətlərinin, həmçinin piyada zolaqlarının çəkilməsi işləri aparılacaq.



Xəbər xətti

18 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin