COVID-19-dan ölənlərin meyitlərinin saxlanılması üçün yer qalmadı

14:40 - 28 Avqust 2021

COVID-19-dan ölənlərin meyitlərinin saxlanılması üçün yer qalmadı

ABŞ-ın Alabama ştatında koronavirusdan ölənlərin meyitlərinin saxlanması üçün yer qalmayıb, səlahiyyətlilər mobil soyuducuların yarısından istifadə etmək məcburiyyətində qalıblar.

Manşet.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

“Bu cür addımlar, adətən, kütləvi qəza hallarında, məsələn, eyni anda çox sayda meyit olanda həyata keçirilir. Əslində bu, hazırda Alabamadakı xəstəxanalarda baş verən dəhşətli vəziyyətdir”, - Cons Hopkins Universitetindən olan Skott Harris deyib.

Onun sözlərinə görə, hazırda ABŞ-da koronavirusla bağlı çox çətin vəziyyət yaranıb - son bir həftə ərzində 14 ştatda ölüm halları 50%, digər 28 ştatda isə 10% artıb.

“Ölənlərin sayı o qədər çoxdur ki, meyitləri yerləşdirmək üçün yer tapılmır. Həqiqətən böhran vəziyyətindəyik”, - Harris sözlərinə əlavə edib.


Xəbər xətti

26 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin