Türkiyə ənənəvi tədrisə keçir

14:38 - 28 Avqust 2021

Türkiyə ənənəvi tədrisə keçir

6 sentyabr tarixindən Türkiyədə 2021-2022-ci tədris ili üzrə ənənəvi qaydada dərslərə başlanacaq.

Manşet.az xəbər verir ki, bunu Türkiyənin milli təhsil naziri Mahmut Özer deyib. Onun sözlərinə görə, məktəblər bütün siniflərdə və bütün səviyyələrdə lazımi tədbirlər görülməklə həftənin 5 günü üz-üzə tədrisə açılacaq.

Nazir bildirib ki, şagirdlər üçün peyvənd və ya PCR testləri ilə bağlı heç bir məcburiyyət yoxdur. Təkcə müəllimlər deyil, təhsil və təlim sektorunu əhatə edən bütün işçilər istəsələr peyvənd vurduracaqlar.

"Şagirdlərimizlə təmasda olan və peyvənd edilməyən müəllimlər və digər işçilər həftədə iki dəfə PCR testindən keçəcəklər", - nazir vurğulayıb.


Xəbər xətti

26 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin