Abşeronda qanunsuz tikilən obyekt söküldü - VİDEO

12:22 - 21 Fevral 2023

Abşeronda qanunsuz tikilən obyekt söküldü - VİDEO

Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində vətəndaş Səbzəliyev Araz Sifariz oğluna məxsus ərazidə müvafiq icazəverici sənədlər olmadan, o cümlədən yanğın təhlükəsizliyinə dair normativ sənədlərin tələbləri pozulmaqla tikinti işlərinin aparılması faktı aşkar edilib.

 

Manset.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində qanunsuz tikinti işlərinin qarşısı alınıb və obyekt sökülüb.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin