Ailə üzvləri yanaraq həlak oldular - Rusiyada faciə

12:14 - 21 Fevral 2023

Ailə üzvləri yanaraq həlak oldular - Rusiyada faciə

Rusiyanın Xakasiya Respublikasının Askizski rayonunun Ust-Çul kəndində baş verən yanğında biri uşaq olmaqla 4 nəfər həlak olub.

 

Manset.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin regional baş idarəsinin məlumatında deyilir. Yanğının gec müəyyən edilməsi onun güclənməsinə səbəb olub.

Gecə saatlarında baş verən yanğında 49 yaşlı qadın, onun həyat yoldaşı, 25 yaşlı qızı və 6 yaşlı nəvəsi həlak olublar.

Yanğının başvermə səbəbləri araşdırılır.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin