Hazırda Azərbaycanda təhsil sektorunda əsas icra hakimiyyəti orqanı Elm və Təhsil Nazirliyidir. Müstəqilliyimizin bərpasından bəri fərqli adlarla fəaliyyət göstərən nazirliyə bu günə qədər 7 fərqli məmur rəhbərlik edib.
2022-ci il iyulun 28-dən bəri nazirliyə Emin Əmrullayev rəhbərlik edir. O, daha əvvəl 2020-ci ilin iyulundan, 2022-ci ilin iyuluna qədər təhsil naziri vəzifəsini icra edib.
Emin Əmrullayevdən öncə isə 6 fərqli təhsil nazirimiz olub.
Manset.az xəbər verir ki, Bizim.Media sabiq təhsil nazirlərinin indi harada olduqlarını araşdırıb.
1. Rafiq Feyzullayev
Müstəqillik dönəminin ilk təhsil naziri Rafiq Babaş oğlu Feyzullayev olub. Həmin dövrdə qurumun adı Xalq Təhsili Nazirliyi idi. R. Feyzullayev 5 fevral 1991 — 11 avqust 1992-ci illər aralığında nazir vəzifəsini icra edib. İxtisasca riyaziyyatçı olan ilk təhsil nazirimiz 1990‑cı ildə professor və 14 dekabr 1990‑ci ildə "Azərbaycan SSR əməkdar elm xadimi" fəxri adına layiq görülüb. Təhsil naziri vəzifəsindən azad edildikdən sonra o, müdafiə nazirinin müavini təyin olunub. 1993-2001-ci illərdə isə AMEA prezidentinin müavini vəzifəsini icra edib.
Sabiq nazir dələduzluq və dövlət vəsaitini israfetmə ittihamı ilə 2001-ci ildə 12 il müddətinə azadlıqdan məhrum edilib. 2001-ci il iyunun 17-də Şüvəlan qasəbəsində yerləşən 3 saylı təcridxanada vəfat edib.
2. Firudin Cəlilov
Filologiya elmləri doktoru, türkoloq Firudin Cəlilov 1992-ci ilin fevral ayında Təhsi nazirinin müavini təyin olunub, 11 avqust 1992 — 18 may 1993-cü illərdə xalq təhsili naziri olub. O, 12 may 1993-cü ildə Azərbaycan Respublikasının ali və orta ixtisas təhsili naziri təyin edilib və Azərbaycan Respublikasının Ali və Orta İxtisas Təhsili Nazirliyinin ləğv edilməsi ilə əlaqədar olaraq 2 sentyabr 1993-cü ildə həmin vəzifədən azad edilib. Nazir olduğu dönəmdə test üsulunun tətbiq edilməsi ilə birlikdə Azərbaycan təhsilində inqilabi dəyişikliyə imza atıb.
Təhsil naziri vəzifəsindən azad edildikdən sonra Azərbaycan Milli İstiqlal Partiyası ilə əməkdaşlığa başlamış və daha sonralar partiyanın üzvü olmuş və 1997-ci ildə partiyanın ikinci postu sayılan Mərkəzi Şuranın sədri və Siyasi şuranın sədri seçilib. 1998-ci ildə partiyadan ayrılıb. Həmin dönəmdən etibarən elmi fəaliyyətlə məşğuldur.
3. Lidiya Rəsulova
Firudin Cəlilovun vəzifəsindən azad edilməsindən sonra Xalq Təhsili Nazirliyi ləğv olundu və yerinə Təhsil Nazirliyi yaradıldı. Yeni nazirliyə isə ilk olaraq, Lidiya Rəsulova rəhbərlik edib. 1993-ci ilin 2 sentyabrında bu vəzifəyə təyin edilən L.Rəsulova 1997-ci ilin 13 sentyabrınadək nazir kreslosunda əyləşib.
2005-ci ildə Azərbaycan həmkarlar ittifaqlarının yaradılmasının 100 illik yubileyi keçirilərkən Lidiya Rəsulova bu məqsədlə təsis olunmuş “Azərbaycan həmkarlar ittifaqlarının 100 illik yubiley” medalı ilə təltif edilib. 2012-ci il fevralın 5-də dünyasını dəyişib.
4. Misir Mərdanov
Təhsil naziri postunda ən uzun müddət qalmış məmur olan Misir Mərdanov 1997-ci ildən 2013-cü ilədək nazir kreslosunda əyləşib. İxtisasca riyaziyyatçı olan Mərdanov təhsil naziri təyin edilməmişdən əvvəl Bakı Dövlət Universitetinin rektoru olub. Nazir vəzifəsindən azad edildikdən sonra isə AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru olub. Hal-hazırda da bu vəzifəni icra edir.
5. Mikayıl Cabbarov
Misir Mərdanovdan sonra təhsil naziri təyin olunan Mikayıl Cabbarov 2017-ci ilin dekabrındək bu vəzifəni icra edib. Bu vəzifədən azad edildikdən sonra o, vergilər naziri təyin olunub. 2019-cu ilin oktyabrında isə İqtisadiyyat naziri təyin edilən M.Cabbarov indi də bu vəzifəni icra edir. Təhsil naziri olduğu dövrdə, universitetlərdə SABAH qruplarının, eləcə də Tələbə Kredit Fondunun yaradılması kimi mütərəqqi addımlarla yadda qalıb.
6. Ceyhun Bayramov
Ceyhun Bayramov 23 aprel 2018 — 16 iyul 2020-ci illərdə təhsil naziri olub. Elmar Məmmədyarovun xarici işlər naziri vəzifəsindən azad edilməsindən sonra, həmin vəzifəyə C.Bayramov təyinat alıb. C.Bayramov hazırda Azərbaycan Respublikasının xarici işlər naziridir.
Sabiq təhsil nazirlərimiz indi haradadır? – ARAŞDIRMA
09:24 - 21 Fevral 2023

Whatsapp kanalımıza abunə olun
Şikayətiniz və ya xəbəriniz varsa bizə göndərin Whatsapp: +99470 2177772
Digər xəbərlər

2 gün güclü külək əsəcək - XƏBƏRDARLIQ

Magistratura imtahanının nəticələri AÇIQLANDI

Bunu edənlər 1 ilədək həbs olunacaq - RƏSMİ

Şərurlu İsfəndiyar məhkəməyə gəldi

Fərid Hüseynov yüksək vəzifəyə təyin edildi - FOTO

Bakıda ən ucuz mənzillər hansı ərazilərdədir?

Yeni körpünün inşasına start verildi - FOTO/VİDEO

Qırmızı Ürəklər Fondu “Qurban payı” aksiyasına start verir

Prezident Bakı Ekspo Mərkəzində sərgilərlə tanış oldu

Sabah hava necə olacaq?

“Son zəng”lə bağlı rəsmi XƏBƏRDARLIQ

AZAL IATA-nın “CO2 Connect” proqramına qoşuldu
Xəbər xətti
- 13 May 2025
- 16:45 2 gün güclü külək əsəcək - XƏBƏRDARLIQ
- 16:31 Azərbaycan və Türkiyə müdafiə nazirləri görüşdü - FOTO
- 16:23 Eyni ailədən 1 uşaq öldü - 4 nəfər yaralandı
- 16:22 Şəhid bacısı Dünya üçüncüsü oldu - FOTOLAR
- 16:00 "PKK terror təşkilatının ləğvi Türkiyə üçün tarixi zəfərdir"
- 15:51 Magistratura imtahanının nəticələri AÇIQLANDI
- 15:47 Bunu edənlər 1 ilədək həbs olunacaq - RƏSMİ
- 15:41 Şərurlu İsfəndiyar məhkəməyə gəldi
- 15:35 Fərid Hüseynov yüksək vəzifəyə təyin edildi - FOTO
- 15:25 Bakıda ən ucuz mənzillər hansı ərazilərdədir?
- 15:22 İlk səfərini Türkiyəyə edəcək
- 15:15 Yaşar Gülər Bakıda Zəfər parkını ziyarət etdi
- 15:00 "Rusiya-Ukrayna danışıqlarının baş tutacağı real görünmür"
- 14:46 Yeni körpünün inşasına start verildi - FOTO/VİDEO
- 14:45 Qırmızı Ürəklər Fondu “Qurban payı” aksiyasına start verir
- 14:34 Milli Məclisin iclasının gündəliyi açıqlandı
- 14:15 Prezident Bakı Ekspo Mərkəzində sərgilərlə tanış oldu
- 14:09 Putin Türkiyəyə gedəcək? - Kreml açıqladı
- 13:50 Maşından 9900 manat oğurlandı
- 13:34 ABŞ İrana qarşı sanksiyaları genişləndirir
- 13:22 Hindistan Pakistana qarşı əməliyyatları dayandırdı
- 13:12 Sabah hava necə olacaq?
- 13:03 “Son zəng”lə bağlı rəsmi XƏBƏRDARLIQ
- 12:45 200 illik qeyri-mümkün riyaziyyat problemi həll edildi
- 12:37 "Bu addım Türkiyə tarixində mühüm bir hadisədir" - AÇIQLAMA
- 12:34 AZAL IATA-nın “CO2 Connect” proqramına qoşuldu
- 12:23 “Azərişıq” rayonlarda yenidənqurma işlərini davam etdirir - VİDEO
- 12:22 Palçıq vulkanı püskürdü - Əhaliyə xəbərdarlıq olundu
- 12:10 AHİK-nın akademiyası ilə BP arasında Memorandum imzalandı - Fotolar
- 11:59 Bu vəzifə Samir Əliyevə həvalə olundu
- 11:55 Azərbaycanda kişi gəlinini öldürdü
- 11:48 UNICEF-in Azərbaycandakı fəaliyyəti dayandırılacaq
- 11:36 Bakıda 26 yaşlı gənc belə öldürüldü – Anbaan görüntülər
- 11:19 Ayağının kəsiləcəyi iddia edilirdi - Rəsmi açıqlama verildi
- 11:16 Bakıda taksi sürücüsü 5 manatlıq yolu 435 manata apardı
- 11:02 Prezident daha bir qəbul keçirdi
- 10:56 Enməyə hazırlaşan təyyarənin mühərriki dayandı
- 10:50 “PKK-nın özünü ləğv etməsi tarixi hadisədir”
- 10:39 Prezident Yaşar Güləri qəbul etdi - Fotolar
- 10:31 Bu halda sülh əldə oluna bilər - Vitkoff açıqladı
- 10:17 Naməlum zəngləri dərhal bloklayın!
- 10:14 Kann Film Festivalında tarixi qərar - Bu geyimlər qadağan edildi
- 10:10 Azərbaycanda 1600 manat kimlərə ödəniləcək?
- 10:04 Neftimizin bu günə olan QİYMƏTİ
- 10:03 İstanbulda yenidən zəlzələ oldu
- 09:55 Qadağa ərəfəsində evlənənlərin sayı artır - VİDEO
- 09:42 2 məhkəmə hakiminə AĞIR İTKİ
- 09:37 Türkiyədən Azərbaycana geyim ixracı azalır - Onlayn alış-veriş artıq sərfəli deyil?
- 09:32 85 milyon avroluq futbolçu "Fənərbaxça"ya gəlir
- 09:25 Uşaqlar arasında allergiya yayılır - SƏBƏB
- 09:12 Türkiyədə zəlzələ oldu

