İnşallah, can itkisi olmaz - Ərdoğanın xanımı

00:25 - 21 Fevral 2023

İnşallah, can itkisi olmaz - Ərdoğanın xanımı

Türkiyənin birinci xanımı Əminə Ərdoğan Hatayda baş verən zəlzələ ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib.

 

Manset.az xəbər verir ki, paylaşımda deyilir:

“Hatayda baş verən və ağrılarımız təzə ikən ətraf şəhərlərimizdə də hiss olunan zəlzələ xəbərinə dərindən kədərləndim. Zərərçəkmiş bütün vətəndaşlarımıza ən xoş arzularımı çatdırıram. İnşallah, can itkisi olmaz və yaralı vətəndaşlarımızın tezliklə şəfa tapmasını arzulayıram”.

Xatırladaq ki, fevralın 20-də yerli vaxtla saat 20:04-də Türkiyənin Hatay vilayətində 6,4 bal gücündə, saat 20:07-də isə bu vilayətin Samandağ rayonunda 5,8 bal gücündə zəlzələ baş verib.


Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin