Qətər Türkiyəyə daha 1400 konteyner ev göndərir

21:40 - 20 Fevral 2023

Qətər Türkiyəyə daha 1400 konteyner ev göndərir

Qətər "əsrin fəlakəti" olaraq xarakterizə edilən Kahramanmaraş mərkəzli zəlzələlərdən zərər çəkənlər üçün Türkiyəyə daha 1400 konteyner evi göndərir.

 

Manset.az Trt Haber-ə istinadən xəbər verir ki, Türkiyənin Dohadakı səfiri Mustafa Göksu verdiyi açıqlamada səfirlik olaraq bütün konteyner evlərini zəlzələdən zərərçəkənlərə ən qısa zamanda çatdırmaq üçün Qətər İnkişaf Fondu (QFFD) ilə əməkdaşlığı davam etdirdiklərini söyləyib.
 
Bu gün və sabah 6 gəmi ilə ümumilikdə 1400 konteyner evinin Türkiyəyə göndəriləcəyini bildirən səfir Göksu Qətərin Türkiyəyə indiyədək göndərdiyi yardım təyyarələrinin sayının 40-a çatdığını qeyd edib.
 
Qətər zəlzələdən zərərçəkənlər üçün vəd etdiyi konteyner evlərinin ilk hissəsi olan 306 konteyner evini fevralın 12-də yük gəmisi ilə Türkiyəyə göndərməyə başlamışdı. Doha rəhbərliyi Türkiyə və Suriyada zəlzələdən zərər çəkmiş bölgələrə yardım işləri çərçivəsində 10 min konteyner ev göndərəcəyini açıqlayıb.

Jalə

Manset.az


Xəbər xətti

20 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin