Həmkəndlisini yumruqla öldürməkdə şübhəli bilinən şəxs SAXLANILDI

21:20 - 20 Fevral 2023

Həmkəndlisini yumruqla öldürməkdə şübhəli bilinən şəxs SAXLANILDI

Samuxda həmkəndlisini yumruqla öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb.

 

Bu barədə Manset.az-a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib.

Belə ki, Samux Rayon Polis Şöbəsinə rayonun Çobanabdallı kənd sakini, 1989-cu il təvəllüdlü Oktay Əliyevin həmkəndlisi, 1993-cü il təvəllüdlü Ramil Bəşirov ilə mübahisə zamanı ölməsi barədə məlumat daxil olub.

Dərhal RPŞ və rayon prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb.

İlkin araşdırmalar zamanı adıçəkilən şəxslərin içkili surətdə dalaşması, R.Bəşirovun yumruqla O.Əliyevi vuran zamanı ölməsi məlum olub.

R.Bəşirov şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı rayon prokurorluğunda araşdırmalar davam etdirilir.


Xəbər xətti

27 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin