Ədalət Məhkəməsinin Azərbaycanın müraciəti üzrə qərarı BU TARİXDƏ açıqlanacaq

19:33 - 20 Fevral 2023

Ədalət Məhkəməsinin Azərbaycanın müraciəti üzrə qərarı BU TARİXDƏ açıqlanacaq

Beynəlxalq Ədalət Məhkəməsinin Azərbaycanın müraciəti üzrə qərarının vaxtı açıqlanıb.

 

Manset.az "report"a istinadən xəbər verir ki, yanvarın 31-də “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Beynəlxalq Konvensiyanın (CERD) tətbiqi ilə bağlı iş üzrə Azərbaycan Respublikasının Beynəlxalq Ədalət Məhkəməsinə ünvanladığı müvəqqəti tədbirlərin təyin edilməsinə dair müraciət üzrə ictimai dinləmələr başa çatıb.

Belə ki, qərar fevralın 22-də Haaqa Sülh Sarayında keçiriləcək iclasda elan olunacaq. Qərarı iclasa sədrlik edəcək hakim Joan E. Donoghue oxuyacaq.


Xəbər xətti

20 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin