Biləsuvarda bədbəxt hadisə baş verib.
Manset.az xəbər verir ki, Bizim.Media-nın Cənub bürosu xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 1964-cü il təvəllüdlü X. Mehdiyeva dəm qazından zəhərlənib. Bundan təsirlənən həyat yoldaşı 1956-ci il təvəllüdlü Gülağa Mehdiyev qəflətən dünyasını dəyişib.
Qadın rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.