Azərbaycanda ər 20 yaşlı arvadını bıçaqladı

13:14 - 28 Avqust 2021

Azərbaycanda ər 20 yaşlı arvadını bıçaqladı

Masallı rayonunda 20 yaşlı qadın əri tərəfindən bıçaqlanıb.

Manset.az xəbər verir ki, hadisə Xıl kəndində qeydə alınıb.

Belə ki, 1991-ci il təvəllüdlü Elza Cəfər qızı Ağayeva Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Bədəninin müxtəlif yerlərindən 15-dən çox kəsilmiş-deşilmiş yaralar alan E.Ağayeva əməliyyata alınıb, vəziyyətinin ağır olduğu bildirilir.

Hadisənin ailə münaqişəsi zəminində qadının həyat yoldaşı, 1985-ci il təvəllüdlü Ariz Ceyhun oğlu Ağayev tərəfindən törədildiyi və polis tərəfindən saxlanıldığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.(report)


Xəbər xətti

24 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin