Hollandiya hökuməti bəzi rus diplomatların "kəşfiyyatçı" olduqlarına görə ölkədən çıxarılacağını açıqlayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, həmçinin, Sankt-Peterburq Baş Konsulluğunun da bağlanacağı açıqlanıb.
Hökumətin rəsmi saytında verilən açıqlamada iki ölkə arasında diplomatik rəsmilərin qarşılıqlı göndərilməsi ilə bağlı aparılan danışıqların nəticəsiz qaldığı bildirilib.
“Rusiya diplomatik personalı göstərərək Hollandiyada gizli şəkildə kəşfiyyat işçilərini yerləşdirmək səylərini davam etdirir”, - deyilən bəyanatda həmçinin Rusiyanın Moskvadakı səfirliyi və Sankt-Peterburq Baş Konsulluğuna təyin olunmuş diplomatlara viza vermədiyi qeyd edilib.
Manşet.az