100 manatlıq əskinasların saxtalaşdırılmasında artım müşahidə edilir - RƏSMİ

12:59 - 20 Fevral 2023

100 manatlıq əskinasların saxtalaşdırılmasında artım müşahidə edilir - RƏSMİ

2006-cı ildən 2022-ci ilə kimi Azərbaycanda 10 095 ədəd saxta pul nişanı aşkar edilib.

 

Manset.az apa-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Nağd pul departamentinin Pul nişanlarının ekspertizası və saxtalaşdırılmasına qarşı mübarizə şöbəsinin rəisi Nəsib Pənahlı deyib.

O bildirib ki, son 4 ildə bununla bağlı 20 cinayət işi açılıb. 2017-ci ildən sonra milli valyutanın saxtalaşadırılmasında azalma, lakin son 6 altı ildə saxta 100 manatlıq əskinasların artım tempi müşahidə edilir. Belə ki, 2021-ci il 358 saxtakarlıq halından 252-si, ötən il 452 haldan 323-ü məhz 100 manatlıq əskinaslarla bağlı olub.

Nəsib Pənahlı əlavə edib ki, bununla belə Azərbaycanda saxta pul nişanları ilə bağlı aşkar edilən hallar beynəlxalq təcrübə ilə müqayisədə aşağıdır:

“Azərbaycanda tədavüldə hər 660 min əsas nağd pul nişanına 1 ədəd saxta pul nişanı düşür. Bu isə beynəlxalq göstəricilərlə müqayisədə azdır. Rusiyada bu göstərici 165 min ədəd, Avropada isə 80 min ədəd təşkil edir”.


Xəbər xətti

20 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin