Çingiz Abdullayevə daha bir vəzifə verildi

21:31 - 17 İyun 2021

Çingiz Abdullayevə daha bir vəzifə verildi

Azərbaycan Yazıçılar Birliyinin (AYB) birinci katibi vəzifəsini müvəqqəti olaraq Xalq yazıçısı Çingiz Abdullayev icra edəcək.

Manşet.az  xəbər verir ki, bu barədə AYB-nin mətbuat katibi Xəyal Rza məlumat verib.
O, Ç.Abdullayevin AYB-nin katibi vəzifəsində qalmaqla, qurultaya qədər birinci katibin səlahiyyətini də icra edəcəyini bildirib.

Vəzifə təyinatı qurultay zamanı səsvermə yolu ilə həyata keçiriləcək.

Xatırladaq ki, bundan əvvəl AYB-nin birinci katibi mərhum Xalq şairi Fikrət Qoca idi.


Xəbər xətti

8 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin