Xilasedicilərimizin dağıntılardan çıxardığı cəsədlərin sayı artdı - VİDEO

10:36 - 20 Fevral 2023

Xilasedicilərimizin dağıntılardan çıxardığı cəsədlərin sayı artdı - VİDEO

Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını davam etdirirlər.

 

Manset.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya FHN-dən məlumat verilib.

FHN-in qüvvələri bu vaxtadək Kahramanmaraş və Hatay bölgələrində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından ümumilikdə 53 nəfəri sağ, 780 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyatların gedişi barədə əlavə məlumat veriləcək.


Xəbər xətti

25 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin