Türkiyəli deputatın zəlzələdə 11 qohumu öldü

09:57 - 20 Fevral 2023

Türkiyəli deputatın zəlzələdə 11 qohumu öldü

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Hatayı təmsil edən deputatı Hüseyn Yaymanın zəlzələ nəticəsində 11 qohumu həlak olub.

 

Manset.az “Qafqazinfo”ya istinadən istinadən xəbər verir ki, bu barədə məlumatı deputatın özü açıqlayıb.

Onun sözlərinə görə, ailədə 9 uşaq olublar: “Onlardan 2-si - bir bacım və qardaşım həlak olub. Ümumilikdə zəlzələdə 11 qohumumu itirdim”.

Deputat ailəsinin Çamsarı kəndindəki evlərinin qarşısında çadır qurduğunu və orada qaldığını bildirib: “Mən burada maşında yatıram. Ailəm “kəndə gəl” deyir, lakin mən o xatirələrin olduğu evə baxa bilmirəm”.

H.Yayman bütün gününü isə zəlzələdən zərərgörən şəxslərə yardım çatdırılması işlərində iştirak etməyə həsr etdiyini açıqlayıb.

Xatırladaq ki, Türkiyədə fevralın 6-sı baş verən zəlzələ nəticəsində Hüseyn Yaymanın da ailə üzvlərinin dağıntılar altında qalması barədə məlumat yayılmışdı.

 


Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin