Instagram və Facebook-dan YENİLİK

09:45 - 20 Fevral 2023

Instagram və Facebook-dan YENİLİK

Meta Instagram və Facebook-da mavi işarənin ödənişli olacağını elan edib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Meta Verified (mavi işarə) internet brauzerləri üçün ayda 11,99 dollara, iPhone istifadəçiləri üçün isə 14,99 dollara başa gələcək.

Proqram bu həftə Avstraliya və Yeni Zelandiyada əlçatan olacaq.

Meta şirkətinin baş direktoru Mark Zukerberq bildirib ki, proqram sosial media proqramlarında təhlükəsizliyi və orijinallığı artıracaq.

Şirkət dəyişikliyin əvvəllər təsdiqlənmiş və mavi işarə almış hesablara təsir etməyəcəyini bildirib, lakin ödənişli funksiya sayəsində təsdiqlənmiş bəzi kiçik istifadəçilərin görünmə qabiliyyətinin artacağını qeyd edib.

Manşet.az


Xəbər xətti

19 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin