ABŞ Türkiyə və Suriyada zəlzələyə görə əlavə yardım ayırır

21:04 - 19 Fevral 2023

ABŞ Türkiyə və Suriyada zəlzələyə görə əlavə yardım ayırır

ABŞ fevralın 6-da Türkiyə və Suriyada baş verən dağıdıcı zəlzələlərin fəsadlarının aradan qaldırılması üçün əlavə 100 milyon dollar yardım ayıracağını elan edib.

 

Manset.az xəbər verir ki, bununla bağlı ABŞ Dövlət Departamenti məlumat yayıb. 

Bildirilib ki, maliyyə yardımı USAİD və Əhali, Qaçqınlar və Miqrasiya Bürosu vasitəsilə veriləcək. Bununla da ABŞ-ın fevralın 6-da baş verən zəlzələnin fəsadlarının aradan qaldırılması üçün ayırdığı humanitar yardım 185 milyon dollara çatacaq.

"Bu humanitar yardım Türkiyə və Suriyada zəlzələdən zərər çəkmiş həssas əhali üçün ayrılacaq.

Bu vəsait yataq ləvazimatı, qida paketləri, isti geyimlər, çadırlar və sığınacaq materialları kimi əsas yardım və xilasedici əşyaların satın alınması və paylanmasına xərclənəcək. Əlavə olaraq tibb və səhiyyə xidmətləri, içməli su və kanalizasiya sisteminin bərpası və faciəli zəlzələdən əziyyət çəkən uşaq və gənclərin təhsil proqramlarına kömək ediləcək.

Birləşmiş Ştatlar zəlzələdən zərər çəkmiş ərazilərə yardım göstərmək üçün beynəlxalq ictimaiyyətlə işləməyə davam edəcək", - Dövlət Departamentinin məlumatında bildirilib.


Xəbər xətti

20 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin