Şənbə günü bəzi ölkələrdə "Twitter" mikrobloqlar xidmətinin fəaliyyətində qüsurlar müşahidə olunub.
Manset.az Trend-ə istinadən xəbər verir ki, bu barədə populyar internet resursların işini izləyən "Downdetector" portalı xəbər verir.
İstifadəçilər sayt və proqramın işi, həmçinin serverə qoşulma ilə bağlı qüsurlar barədə məlumat veriblər.
Ən çox qüsurlar ABŞ, Kanada, Böyük Britaniya, Almaniya və Fransada qeydə alınıb.