Səfirdən Ermənistanla bağlı sərt AÇIQLAMA

00:00 - 19 Fevral 2023

Səfirdən Ermənistanla bağlı sərt AÇIQLAMA

Azərbaycanın Bosniya və Herseqovinadakı səfiri, sabiq xarici işlər naziri Vilayət Quliyev feysbuk səhifəsində Ermənistanla bağlı diqqətçəkən status paylaşıb.

 

Manset.az səfirin toxunduğu mövzunun əhəmiyyətini nəzərə alaraq, həmin paylaşımı olduğu kimi təqdim edir:

"Bosniyada vətəndaş müharibəsi başa çatandan sonra Serbiya dövləti Haaqa Beynəlxalq Tribunalı ilə əməkdaşlıq yolu tutatarq Bosniya serblərinin liderlərindən biri, "Bosniya qəssabı", Sarayevonun mühasirəsi və Srebrenitsa qətli-amının təşkilatçısı kimi tanınan general-polkovnik Ratko Mladiçi və Srpska Respublikanın keçmiş prezidenti Radovan Karadjiçi (birincinin başı üçün 10 milyon avro, ikinci üçün 5 milyon ABŞ dolları mükafat vəd olunmuşdu) öz ərazisində həbs edib, tribunala təslim etdi (hər ikisi ömürlük həbs cəzasına məhkum olunublar) və bununla da bir dövlət kimi soyqırım cinayəti ilə arasında məsafə saxladığını göstərdi. Ermənistan isə əlləri minlərlə günahsız Azərbaycan vətəndaşının qanına batmış Qarabağ xuntasının liderləri Koçaryan və Sarkisyan kimi cəlladları hakimiyyətə gətirməklə rastına çıxan ilk güclü və pullu adamın altına uzanmağa hazır olan fahişədən fərqlənmədiyini dünyaya nümayiş etdirdi. Belə bir əxlaqsız dövlətlə danışıqlar aparmağın nə qədər çətin olduğunun fərqinə varmağımız gərəkdir.

P.S.Yeganə təsəllimiz odur ki, Azərbaycan əsgəri bu iki quldurun "qurduğu güclü Ermənistanı" döyüş meydanında sarsıdıcı məğlubiyyətə uğradıb özlərini siçan deşiyində gizlənməyə məcbur etdi".


Xəbər xətti

16 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin