“Neftçi”dən böyük hesablı qələbə - VİDEO

23:30 - 18 Fevral 2023

“Neftçi”dən böyük hesablı qələbə - VİDEO

Azərbaycan Premyer Liqasında 13-cü turun daha bir oyunu keçirilib.

 

Manset.az xəbər verir ki, "Neftçi" "Bakcell Arena"da "Səbail"i böyük hesabla məğlub edib - 3:0.

Hesabı 8-ci dəqiqədə penaltidən Kenni Sayef açıb. 48-ci dəqiqədə kapitan Emin Mahmudov 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib. Son nöqtəni isə 74-cü dəqiqədə yeni transfer Mateus Saldanya qoyub.

Bu qələbə ilə xallarını 48-ə çatdıran "Neftçi" 3-cü pillədəki mövqeyini möhkəmlədib. 16 xalı olan "Səbail" isə sonuncu sırada qalıb.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Kəpəz" Gəncədə "Şamaxı"nı 3:2, "Qəbələ" isə evdə "Sumqayıt"ı 2:1 hesabı ilə üstələyib.

Tura fevralın 19-da keçiriləcək "Sabah" - "Turan Tovuz" və "Zirə" - "Qarabağ" matçları ilə yekun vurulacaq.

“Neftçi” – “Səbail” 3:0

Qol: Kenni Sayef, 8 (pen), Emin Mahmudov, 48 (pen), Mateus Saldanya, 74 Hakimlər: Kamranbəy Rəhimov, Eyyub İbrahimov, Rahil Ramazanov, Rauf Allahverdiyev  

Hakim-inspektor: Gülağa Cabarov  

AFFA nümayəndəsi: Erkin Hüseynov

“Bakcell Arena”, 17:30


Xəbər xətti

24 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin