"Azərbaycan və Ermənistanın bunun üçün tarixi imkanları var" - Blinken

18:46 - 18 Fevral 2023

"Azərbaycan və Ermənistanın davamlı sülhə nail olmaq üçün tarixi imkanları var".

 

Manset.az xəbər verir ki, bunu Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinken deyib.

"Biz hesab edirik ki, Azərbaycan və Ermənistan 30 ildən artıq davam edən münaqişədən sonra davamlı sülhün bərqərar olması üçün həqiqətən tarixi imkanlara malikdir.

Tərəflərin özləri yenidən sülh prosesinə, o cümlədən birbaşa danışıqlar yolu ilə, eləcə də Avrop İttifaqı və bizimlə diqqət mərkəzində olublar. Birləşmiş Ştatlar istər dostlarımızla, istər bu kimi üçtərəfli formatda, istərsə də digər beynəlxalq tərəfdaşlarla bu səyləri dəstəkləmək üçün əlindən gələni etməyə hazırdır"- deyə Blinken əlavə edib. 


Xəbər xətti

18 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin