İrandan Şəmkirə narkotik gətirən narko-kuryer saxlanıldı - FOTOLAR

15:39 - 18 Fevral 2023

İrandan Şəmkirə narkotik gətirən narko-kuryer saxlanıldı - FOTOLAR

İrandan Şəmkirə narkotik gətirən narko-kuryer saxlanılıb.

 

Manset.az xəbər verir ki, Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İrandan qeyri-qanuni yolla Şəmkir rayon ərazisinə gətirilmiş narkotik vasitəni onlayn sifariş kimi qəbul edərək ölkə ərazisində çatdırılmasını təmin edən narko-kuryer saxlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, Balakən rayon sakini Samir Əlibəyov Şəmkir rayonuna gələrək rayon ərazisində gizlədilən narkotik vasitəni 4 000 manat pul və bir miqdar narkotik vasitə qarşılığında ölkənin digər şəhər və rayonlarına aparmağa razılaşıb.

Həmin şəxs saxlanılaraq polis şöbəsinə gətirilən zaman əllərindəki qara rəngli çantadan 5 kq 50 qram heroin, 90 ədəd metadon həbi aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.



Xəbər xətti

25 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin