AAYDA Zəngilanın Ağalı kəndində 2022-ci il üzrə hesabat iclası keçirdi

14:35 - 18 Fevral 2023

AAYDA Zəngilanın Ağalı kəndində 2022-ci il üzrə hesabat iclası keçirdi

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2022-ci il ərzində görülən işlərlə bağlı Zəngilan rayonunun Ağalı kəndində Şərqi Zəngəzur iqtisadi rayonu üzrə Prezidentin xüsusi nümayəndəsi Vahid Hacıyev və media nümayəndələrinin iştirakı ilə hesabat iclası keçirilib.

 

Manset.az xəbər verir ki, iclasda AAYDA İdarə Heyətinin sədri Saleh Məmmədov ulu öndərin respublikamıza rəhbərlik etdiyi illərdə Azərbaycanın keçdiyi tərəqqi yolu, ölkəmizdə yol infrastrukturunun inkişafı, işğaldan azad edilmiş ərazilərdə və ölkə üzrə icra olunan yol infrastrukturu layihələri barədə məlumat verib. 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 2022-ci il üçün iş planı üzrə əsas fəaliyyəti "avtomobil yollarının layihələndirilməsi, tikintisi və saxlanılması" və "idarəetmənin təkmilləşdirilməsi istiqamətində islahatların aparılması" başlıqları üzrə 2 hissədən ibarət olub.

Birinci hissəyə AAYDA tərəfindən avtomobil yolunun layihələndirilməsi, təmir və tikintisi, yenidənqurmalar, beynəlxalq layihələr, əməkdaşlıqlar və fəaliyyət planına uyğun olaraq görülmüş işlər daxildir.

İkinci hissəyə ölkədə aparılan islahatlara və yeni çağırışlara uyğun hazırlanmış konsepsiya əsasında idarəetmənin təkmilləşdirilməsi istiqamətində müəyyən işlərin həyata keçirilməsi daxildir.

Saleh Məmmədov Füzuli-Hadrut və Cəbrayıl-Hadrut yolunun bu ilin may ayında istifadəyə veriləcəyini bildirib.

O, həmçinin əlavə edib ki, Əhmədbəyli-Füzuli-Şuşa yolu ödənişli olacaq.


Xəbər xətti

11 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin