<

“Pizza man” adlı master-klass təşkil edildi - FOTOLAR

12:47 - 18 Fevral 2023

“Pizza man” adlı master-klass təşkil edildi - FOTOLAR

Əmək və əhalinin sosial müdafiəsi nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində Birgə və Sağlam İctimai Birliyi ilə əməkdaşlıq çərçivəsində “Pizza man” adlı master-klass təşkil edilib.

 

Manset.az xəbər verir ki, Birgə və Sağlam İctimai Birliyinin tərkibində fəaliyyət göstərən “Kashalata Cafe”nin autizm spektrli personalları Mərkəzin qonaqları olublar.

Onlar burada müxtəlif yaradıcılıq istiqamətləri üzrə təlim alan benefisiarlarla birlikdə pizza hazırlayıblar. Tədbirə Mərkəzdən 10 benefisiar, “Kashalata Cafe”dən 10 personal olmaqla, ümumilikdə 20 gənc kulinar qatılıb. Gənc aşpazlara bu işdə Kulinariya istiqaməti üzrə təlimçilər, peşəkar aşpazlar bələdçilik ediblər. Azərbaycan Aşpazlar Gildiyasının rəhbəri İlkin Əkbərzadə, Gildiyanın üzvləri Eynur Nağdəliyev və Əli Rəhimovun köməkliyi ilə gənc kulinarlar pizzaları hazırlayaraq, dadına baxıblar. Tədbir çərçivəsində qonaqlar Mərkəzdə müxtəlif yaradıcılıq istiqamətləri üzrə təlim prosesi ilə tanış olublar. Onlar musiqi studiyasında Mərkəzin estrada ansamblının müşaiyəti ilə benefisiarlarla birlikdə mahnılar ifa ediblər.

Birgə və Sağlam İctimai Birliyinin xor qrupunun üzvləri Kənan Məmmədov və Əlsahib Bayramovun ifaları maraqla qarşılanıb



Xəbər xətti

19 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin