Bakıda 2 yeniyetmə döyülərək xəstəxanalıq oldu

09:42 - 18 Fevral 2023

Bakıda 2 yeniyetmə döyülərək xəstəxanalıq oldu

Bakıda iki yeniyetmə döyülərək xəstəxanalıq olub.

 

Manaet.az report-a istinadən xəbər verir ki, birinci hadisə Bakının Suraxanı rayonunda qeydə alınıb.

Belə ki, 2011-ci il təvəllüdlü Quliyev Vahid Məmmədəli oğlu dava zamanı döyülüb. V.Quliyev xəstəxanaya çatdırılıb.

Digər hadisə isə Bakının Xəzər rayonunun Zirə qəsəbəsində baş verib.

2010-cu il təvəllüdlü Babayev Dəniz Vilayət oğlu dava zamanı döyülüb. O, xəstəxanaya çatdırılıb. Müayinə zamanı D.Babayevə bədənin müxtəlif sahələrinin əzikləri diaqnozu qoyulub.

Hər iki faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

18 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin