"Qaradağlı soyqırımında 68 dinc sakin öldürülüb, 49 nəfər girov götürülüb” - XİN

23:52 - 17 Fevral 2023

Qaradağlı soyqırımında 68 dinc sakin öldürülüb, 49 nəfər girov götürülüb.

 

Manset.az xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə “Twitter” hesabında yazıb.

“Bu gün Azərbaycanda Ermənistan silahlı qüvvələrinin törətdiyi Qaradağlı qırğınının 31-ci ildönümüdür. 1992-ci il fevralın 17-də 68 dinc sakin vəhşicəsinə öldürülüb, 49-u girov götürülüb. Şahidlərin sözlərinə görə, Xankəndidən 2 km aralıda 43 azərbaycanlı girov güllələnərək öldürülüb”, - XİN rəsmisi qeyd edib.

 


Xəbər xətti

19 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin