<

ABŞ-dan Türkiyəyə 2.5 milyon dollarlıq növbəti yardım - İlk hissəsi çatdırldı

21:39 - 17 Fevral 2023

ABŞ-dan Türkiyəyə 2.5 milyon dollarlıq növbəti yardım - İlk hissəsi çatdırldı

ABŞ Türkiyədə zəlzələdən zərər çəkənlərə təcili yardım göndərməyə davam edir.

 

Manset.az Trthaber-ə istinadən xəbər verir ki, Kahramanmaraş mərkəzli zəlzələlərdən sonra ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) vasitəsi ilə mətbəx və gigiyena materialları, müvəqqəti sığınacaqlar üçün dayanıqlı plastik brezent və yüz minlərlə insan üçün kifayət qədər isti örtüklər də daxil olmaqla 8 tondan çox ehtiyac malları göndərəcəyi bildirib.
 
USAID-dən verilən yazılı açıqlamada episentri Kahramanmaraşın Pazarcık və Elbistan rayonlarında olan və ümumilikdə 11 əyaləti təsir edən 7,7 və 7,6 bal gücündə zəlzələlərdən sonra ABŞ türk xalqına 2,5 milyon dollar dəyərində təcili yardımı etdiyi qeyd edilib. 

ABŞ-ın Ankaradakı səfiri Jeffry Flake-in bu gün Adana Hava Limanına gələn ləvazimat yardımının ilk hissəsini qarşılayıb.
 
Yardım təxminən daha 10 reyslə ehtiyacı olanlara çatdıracaq.

Qeyd edək ki. ABŞ-ın Suriya vəTürkiyədə baş verən zəlzələdən zərərçəkənlərə 85 milyon dollardan çox humanitar yardımla yanaşı, 2,5 milyon dollarlıq ləvazimat yardımı edəcəyi vurğulanıb. Zəlzələlərə görə, "Hər iki ölkənin bu fəlakəti aşması üçün təcili ehtiyacları təmin etməkdə qərarlıyıq." mesaj daxil edilib.

Jalə

Manşet.az


Xəbər xətti

30 Mart 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin