Lənkəranda 36 yaşlı qadın ürəyindən bıçaqlandı

00:22 - 28 Avqust 2021

Lənkəranda 36 yaşlı qadın ürəyindən bıçaqlandı

Lənkəranda bıçaqlanma hadisəsi olub.

Manset.az xəbər verir ki, hadisə Liman şəhərində qeydə alınıb. Belə ki, 1985-ci il təvəllüdlü Aynur Gülağa qızı Mirzəyeva qarın və ürək nahiyəsindən kəsilmiş-deşilmiş yara diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Yaralı əməliyyat olunaraq, reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin törədilməsində qadının həyat yoldaşı şübhəli bilinir. Cinayətin başvermə səbəbi barədə hər hansı məlumat yoxdur.

Faktla bağlı araşdırma aparılır.(report)


Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin