“Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq” - Prezident
25 Aprel 2024
20:16 - 17 Fevral 2023
Ötən gün UEFA Konfrans Liqasının pley-off mərhələsində “Gent”ə qalib gələn “Qarabağ” Belçika təmsilçisinin təşəkkürünə cavab verib.
Manset.az xəbər verir ki, bu haqda Ağdam təmsilçisi Feysbuk səhifəsində paylaşım edib.
“Gent” bir neçə saat əvvəl sosial media hesabında paylaşım edərək “Qarabağ”a təşəkkür etmişdi. “Qarabağ” isə “Gent”in bu jestini belə cavablandırıb: “Biz sizə təşəkkür edirik! Dəyərinizə, isti münasibətinizə, oyununuza və ən əsası, centlmenliyinizə görə... Gentdə görüşənədək!”
Qeyd edək ki, “Qarabağ” klubu Bakıda “Gent”ə 1:0 hesabı ilə qalib gəlib. Komandalar arasında cavab qarşılaşması fevralın 23-də Belçikanın Gent şəhərində olacaq.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin