Rusiyanın 18 hərbçisi öldürüldü

19:26 - 17 Fevral 2023

Rusiyanın 18 hərbçisi öldürüldü

Xerson vilayətində Ukrayna aviasiyası Rusiyanın canlı qüvvəsinin cəmləşdiyi ərazilərə iki zərbə endirib.

 

Manset.az xəbər verir ki, bu barədə “Cənub” əməliyyat komandanlığı məlumat yayıb.

"Bizim təyyarəmiz Qola Pristan və Peçanovkada düşmənin canlı qüvvəsinin cəmləşdiyi ərazilərə iki zərbə endirib. Raket və artilleriya bölmələri isə 81 atəş tapşırığı həyata keçirib", - məlumatda bildirilib.

Zərbələr nəticəsində 18 rus hərbçisinin məhv edildiyi qeyd olunub.


Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin