Sabah 3 rayonun qazı kəsiləcək - XƏBƏRDARLIQ
6 Noyabr 2024
23:53 - 27 Avqust 2021
“Əfqanıstanın paytaxtı Kabildə “İŞİD-Xorasan”ın üzərinə götürdüyü hava limanı yaxınlığındakı terror hücumlarını qınayırıq”.
Manşet.az xəbər verir ki, bu barədə BMT Təhlükəsizlik Şurasının yaydığı bəyanatda deyilir.
“Əfqanıstandakı bütün tərəfləri beynəlxalq humanitar hüquqa hörmət etmək və mülki şəxsləri qorumağa çağırırıq.
Mülki şəxsləri və və onların təxliyyəsinə kömək edən personalı qəsdən hədəf alan iyrənc hücumu qınayırıq. Bu mənfur hücumların baiskarları və maliyyələşdirənləri cavab verməlidirlər.
Əfqanıstandakı bütün tərəfləri mülki şəxslərin təhlükəsiz bir şəkildə təxliyyəsinə icazə verməyə çağırırıq. Əfqan torpaqları hər hansı ölkəni təhdid edən, ya da hansısa ölkəyə hücum üçün istifadə olunan bir yer olmamalıdır”, - bəyanatda deyilir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin