COP29-da tarixi qərar qəbul olundu
24 Noyabr 2024
23:10 - 27 Avqust 2021
Tallində yeniyetmə və 21 yaşadək idmançılar arasında təşkil olunan qitə birinciliyinin son yarış günündə yeniyetmə taekvondoçularımız aktivlərinə daha üç gümüş medal əlavə ediblər.
Manşet.az xəbər verir ki, yeniyetmə milli komandamızın üzvləri Vasif Səlimov (45 kiloqram), İslam Əhmədzadə (53 kiloqram) və Nərgiz Kazımova (47 kiloqram) yarışda ikinci yeri tutublar.
Qeyd edək ki, bu gün kiçikyaşlı yeniyetmə idmançılarımızın çıxışları da uğurla nəticələnib. Belə ki, Çingiz Həsənov (36 kiloqram) qızıl, Sabir Məmmədli (27 kiloqram) gümüş medal qazanıblar.
Bundan əvvəl yeniyetmələrdən ibarət millimizin dörd üzvü - Məhəmməd Həsənli (37 kiloqram) qızıl, Hüseyn Xudiyev (65 kiloqram) gümüş, İlyas Hətəmli (33 kiloqram) və Zəhra İsayeva (29 kiloqram) isə bürünc medala layiq görülüblər.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin