SON DƏQİQƏ: Ölkədə məktəblər bağlanır? - Nazirdən açıqlama
27 Noyabr 2024
13:11 - 17 Fevral 2023
Lənkəranda tamah məqsədilə evə girən şəxs ev sahibini qətlə yetirib.
DİN-in mətbuat xidmətindən Manset.az-a bildirilib ki, hadisə bu gün rayonun Yuxarınüvədi kəndində baş verib.
Belə ki, 1952-ci il təvəllüdlü Zümrüd Əliyevanın bıçaq xəsarətlərindən ölməsi barədə polisə məlumat daxil olub. İlkin araşdırmalarla cinayət əməlinin tamah məqsədilə törədilməsi müəyyən edilib. Evdən 5000 manat pul və qızıl zinət əşyaları talanıb.
Cinayəti törətməkdə şübhəli bilinən şəxsin (şəxslərin) müəyyən olunub saxlanılması istiqamətində tədbirlər görülür.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin