Yağıntılı hava nə vaxtadək davam edəcək? - Açıqlandı
26 Noyabr 2024
22:20 - 27 Avqust 2021
ABŞ prezidenti Cozef Bayden administrasiyası hesab edir ki, yaxın günlərdə Əfqanıstanın paytaxtı Kabildə yeni terror aktı olacaq.
Manşet.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Ağ Ev rəhbərliyi bu səbəbdən Əfqanıstan paytaxtının hava limanının müdafiəsi üzrə maksimal tədbirlərin görülməsini zəruri hesab edir.
Qeyd edilir ki, bu barədə ABŞ-ın dövlət başçısı və vitse-prezidenti Kamala Harrisə hərbçilərin və diplomatların yer aldığı milli təhlükəsizlik komandası məlumat verib.
"(Komandanın üzvləri-red) prezidentə və vitse-prezidentə məlumat verdilər ki, böyük ehtimalla Kabildə yeni hücum təşkil ediləcək, Kabil aeroportunun müdafiəsi üçün maksimal tədbirlər görülməlidir", - Ağ Evin bəyanatında deyilir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin