Milli Məclis Lüksemburq Deputatlar Palatasının qərəzli qətnaməsinə dair bəyanat yaydı
21 Noyabr 2024
20:55 - 16 Fevral 2023
“Media savadlılığı kütləvi informasiyanın məzmunu, onun ötürülməsi və istehlakı üzrə biliyə sahib olma, tənqidi dəyərləndirmə, müxtəlif kontekstlərdə istifadə etmə və təhlil aparma qabiliyyətidir”.
Manset.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin nümayəndəsi Pərvanə İbrahimova Elm və Təhsil Nazirliyinin Medianın İnkişafı Agentliyi ilə birgə keçirdiyi "Effektiv kommunikasiya" mövzusunda təlim-seminarda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, media savadlılığı bacarıqlarının artırılmasının məqsədi məlumat istehsalı və istehlakı proseslərində savadlılıq anlayışının müasir dövrün tələblərinə uyğunlaşdırılmasını, ölkə üzrə media savadlılığı göstəricilərinin yüksək səviyyəyə çatdırılmasını, eləcə də sağlam media mühitinin inkişafını və cəmiyyətdə məlumat təhlükəsizliyini təmin etməkdir:
“Rəqəmsal dövrdə həm insanların ictimai şüurunda informasiyanın tutduğu yeri, həm də informasiya kommunikasiya texnologiyalarının cəmiyyətin həyatında olan əhəmiyyətli rolunu nəzərə alaraq, müasir informasiya məkanında məlumatlara əlçatanlığın asanlaşması, cəmiyyətin məlumatın obyektiv tərəfini müəyyənləşdirməkdə çətinliklərlə qarşılaşması və nəticədə istehlakçının özləri də fərqinə varmadan saxta məlumat və faktların, mülahizələrin istehsalçısına çevrilməsi, məlumat axınının məqsədli şəkildə yanlış tərzdə interpretasiya olunması, dezinformasiyaların yaradılması və yayılması media savadlı istehlakçıların yetişdirilməsinə ciddi zərurət yaradır.
Ümumiyyətlə, media savadlılığının inkişaf etdirilməsi medianın mənfi nəticələrini minimuma endirmək, rəqəmsal platformalarda iştirakın potensial zərərli təsirlərini azaltmaq, eləcə də gənclərə rəqəmsal dünyada tənqidi istehlakçılar və yaradıcılar olmağa kömək etmək üçün ən əsas alətlərdəndir”.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin