COP29-da tarixi qərar qəbul olundu
24 Noyabr 2024
15:15 - 16 Fevral 2023
"Media islahatları bir çox istiqamətləri əhatə edir. Bunlardan ən vacibi də cəmiyyətlə düzgün kommunikasiyanın təşkil edilməsidir".
Manset.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov Elm və Təhsil Nazirliyinin Medianın İnkişafı Agentliyi ilə birgə keçirdiyi "Effektiv kommunikasiya" mövzusunda təlim-seminarda deyib.
O bildirib ki, dünyada artıq media savadlılığı sahəsində çox güclü işlər görülməkdədir.
"Media savadlılığı artmasa, nə qədər doğru düzgün informasiya istehsal etsək, nə qədər düzgün kommunikasiya yaratsaq, yaxşı nəticə əldə edə bilməyəcəyik. Bu, həmçinin dezinformasiyaların yayılmasının qarşısının alınmasında mühüm rol oynayır".
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin