COP29 zolaqları ləğv edilir - RƏSMİ
23 Noyabr 2024
21:25 - 27 Avqust 2021
Son dövrdə populyarlaşan müğənni Hiss ( Röya Məmmədova) MTV Azərbaycan kanalını və ona maneə olduğunu düşündüyü Xalq artistlərini tənqid edib.
Manşet.az xəbər verir ki, gənc pop ifaçısı instaqram səhifəsində paylaşım edərək son iki ay ərzində ona qarşı kampaniya aparıldığını iddia edib: “Mənim “Karma” adlı mahnım həftələrdir trend 1-dədir. Bütün şəhər mahnımı dinləyir, amma nədənsə MTV bunu görmür. Artıq iki aydan çoxdur ki, heç bir klipimi yayımlamırsız.
Amma ondan əvvəl TOP-lardan düşmürdüm. Nə baş verdiyini çox gözəl bilirəm. Hansı Xalq artistlərinin gözünün götürmədiyini də...
Sizin kanalda mahnımın olub-olmamağının mənim üçün fərqi yoxdur. Mahnımı dinləmək istəyən axtarışa verir və qulaq asır. Bəzi artistlər kimi güclə camaatın beyninə soxmuram. Yeni nəsili qəbul etməyi bacarın! 1, 2 ildən sonra bütün beynəlxalq musiqi kanallarında mahnılarım səslənəndə bu paylaşımımı yenidən yayımlayacam. Az qalıb, kim olduğumu sizə göstərəcəm”. /qafqazinfo
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin