Milli Məclis Lüksemburq Deputatlar Palatasının qərəzli qətnaməsinə dair bəyanat yaydı
21 Noyabr 2024
13:41 - 10 Fevral 2023
6.3.2. fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi;
Bu gün Azərbaycanda fikir, söz və məlumat azadlığı, plüralizm yüksək səviyyədədir. Hazırda ölkədə hər kəsin müstəqil fikir bildirmək, yürütmək, istənilən məsələyə mövqeyini sərgiləmək və hüquqlarını tələb etmək imkanı var. Bunu Azərbaycanda yaşayan hər bir azərbaycanlı bilir. Təhsilindən, savadından, peşəsindən asılı olmayaraq hər kəs öz hüquqlarını tələb etməyə qadirdir. Təbii ki, bu proses dövlətin diqqət və qayğısı, yaradılan şərait nəticəsində yaranıb. Dövlətin müstəqil medianın inkişafına dəstəyi söz və fikir azadlığının yaranmasına səbəb olub.
Yazılı və elektron media subyektlərinin ictimai fikrə təsir imkanlarının böyüklüyünü nəzərə alsaq, bu missiyanın obyektivliyə, qərəzsizliyə söykənməsinin böyük zərurət olduğu aydın dərk olunur. Azərbaycanda yazılı və elektron medianın müstəqil inkişafına hər cür şərait yarandığından bu sahənin üzərinə də böyük məsuliyyət düşür. Azərbaycanda fikir və söz azadlığının olmasından bəziləri sui-istifadə edir, bu ifadənin nədən ibarət olduğunu dərk etmədən şəxsi mənafeləri üçün istifadə edirlər. Təbii ki, bu da sonda həm dövlət, həm də dövlətçiliyin inkişafına, ölkədə fikir və söz azadlığının normal təbliğinə mane olur. Müstəqil mətbuatda müstəqil fikir yürütmək azadlığı qazanan bəziləri bu fürsətdən sui-istifadə edərək ayrı-ayrı şəxslərə, vəzifə mənsublarına, dövlətə və dövlətçiliyə qara yaxmaq kimi çirkin əməllərə də əl atmaqdan çəkinmir. Bəziləri müstəqil fikir yürütməyi kimlərisə təhqir etmək, onların şərəf və ləyaqətinə toxunmaqla səhv salır. Nəticədə bu prosesdə xoşagəlməz hallar yaşanır.
Cənab Prezident öz nitqində bildirib ki, bəzi hallarda hansısa xoşagəlməz hadisə ilə bağlı məlumatı mətbuatdan əldə edir: ”Düzdür, mənə müxtəlif mənbələrdən hər gün müxtəlif məlumatlar gəlir. Yəni əlbəttə ki, mənə həm xarici, həm daxili siyasətlə, həm də təhlükəsizlik məsələləri ilə bağlı əsas məsələlər məruzə edilir. İnsanları narahat edən məlumatlar haqqında mən mətbuatdan da xəbər tuturam, dərhal reaksiya verirəm. Dövlət məmurları və yaxud digər şəxslər, qüsurlara yol verən şəxslər bilirlər ki, Azərbaycanda söz və mətbuat azadlığı imkan verməyəcək ki, onlar işdə hansısa qüsurlar buraxsınlar. Ona görə, jurnalistlər bəlkə də özləri də bilmədən mənim köməkçilərimdir”.
Ölkədə plüralizmin və söz azadlığının hansı səviyyədə olduğunu və Azərbaycan mətbuatının özünün bütün problem və uğurları ilə dövlət başçısının diqqət mərkəzində olduğunu ölkə başçısının dilindən səslənmiş bu fikirlər tam şəkildə ifadə edir.
Millət vəkili Hikmət Babaoğlu Manset.az-a açıqlamasında bildirib ki, Azərbaycanda hər şeydən öncə söz və mətbuat azadlığının təminatçısı Azərbaycan Respublikasının Milli Konstitusiyasıdır:
“Bizim konstitusiyamızda fikir plüralizmi, söz-mətbuat azadlığı üçün hüquqi təminat var. Üstəlik də söz və mətbuat azadlığını nizamlayan qanunlar qəbul edilibdir. Ən sonuncu belə qanunda biz media haqqında qanunu qəbul etdik. Azərbaycanın ən müxtəlif səviyyəli QHT-ləri, insan hüquqları təşkilatları, ictimai təşkilatları, professional hüquq təşkilatlarının hamısının iştirakı ilə bu qanun layihəsi müzakirə edildi”.
Millət vəkilinin sözlərinə görə, ölkəmizdə medianın inkişafı üçün hazırkı müasir innovativ texnoloji vasitələrin bizə tanıdığı imkanlar var:
“Azərbaycanda həm də bundan geniş istifadə edilir. Bu imkanlar internet resurslarının bizə tanıdığı imkanlardır. Sosial şəbəkələrin bizə tanıdığı imkanlardır. Yəni Azərbaycanda internet təminatı yüksək səviyyədədir. Hər kəsdə demək olar ki, sürətli internet var. Hər kəsdə informasiyanı əlçatan edən smartfon tipli telefonlar və vasitələr var. Buna görə də, söz və mətbuat azadlığının təmin olunması üçün bütün şərtlərin Azərbaycanda olduğunu deyə bilərik”.
Deputatın fikrincə, hazırkı informasiya cəmiyyətində hər hansı bir fikri və ya hər hansı bir sözü məhdudlaşdırmaq imkanları da yoxdur:
“Çünki mümkün vasitələrin birində bunu məhdudlaşdırsanız digərində mütləq həmin informasiya ictimailəşəcəkdir. Amma əlbəttə ki, burada bir informasiyaya əlçatanlığın komfort olmaq hadisəsi var. Yəni qanunlarla informasiya əlçatanlığının təmin olunması ki, Azərbaycan qanunları da əslində bu əlçatanlığın keşiyində duran mühüm hüquqi mexanizmdir”.
Hikmət Babaoğlu əlavə edib ki, Azərbaycanda açıq informasiya cəmiyyəti mövcuddur:
“Yəni informasiya əlçatanlığı üçün daha təkmil formada hər hansı bir təşəbbüs və təklif olarsa, bunu əlbəttə ki dəyərləndirmək olar. Azərbaycan Parlamenti də yeni qanunvericilik bazasının yaradılmasına açıqdır. Eyni zamanda Azərbaycan qanunlarına görə qanunvericilik təşəbbüsü ilə vətəndaş cəmiyyəti institutları da çıxış edə bilərlər. Amma hazırkı vəziyyətdə mən düşünürəm ki, söz və mətbuat azadlığını məhdudlaşdıracaq hər hansı bir bariyer olmadığına görə yeni təşəbbüslərə də ehtiyac yoxdur. Gələcəkdə nə vaxtsa belə zərurət yaranarsa, Azərbaycan cəmiyyəti də, qanunvericilik orqanları da buna açıqdır”.
Gülçin Nağıyeva
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin