Gəncədə polis əməkdaşı bıçaqlandı

23:01 - 14 Fevral 2023

Gəncədə polis əməkdaşı bıçaqlandı

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

 

Manset.az apa-ya istinadən xəbər verir ki, hadisə şəhərin Şərq küçəsində qeydə alınıb.

1992-ci il təvəllüdlü Kamal Əliyev ayağından bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib, dərhal yarası tikilib.

Onun vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə Kamal Əliyev Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Bölməsinin əməkdaşıdır.

Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.


Xəbər xətti

4 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin